"Qalatasaray"ın hazırkı prezidenti Mustafa Cengiz yenidən seçiləcəyi təqdirdə baş məşqçi Fatih Terimlə yola davam etməyəcəklərini açıqlayıb.
Newsport.az-ın məlumatına görə, 72 yaşlı funksioner bu barədə mətbuat konfransında bildirib.
İstanbul təmsilçisində mayın 22-ə təyin olunan seçkilər təxirə salınıb. Cengiz seçkilərdə namizədliyini vermək istədiyini söyləyib:
"İndiki namizədlərin kluba kömək edəcək səviyyədə olmadığını görsəm, namizədliyimi irəli sürəcəyəm. Qalib olacağım təqdirdə Fatih Terim klubda qalmayacaq".