Superliqa klubunda yeni baş məşqçi

Türkiyənin “Qaziantep” komandasının yeni baş məşqçisi müəyyənləşib.

Newsport.az-ın məlumatına görə, Superliqa təmsilçisini Erol Bulut çalışdıracaq. Bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 46 yaşlı mütəxəssislə 3 illik müqavilə imzalanıb. O, bu vəzifədə Rikardo Sa Pintonu əvəzləyib.

Qeyd edək ki, Erol Bulut son olaraq “Fənərbaxça”nı çalışdırıb.

Xatırladaq ki, "Qaziantep" Superliqada mövsümü 9-cu pillədə tamamlayıb.






Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right