"Neftçi”nin sabiq futbolçusu, hazırda Kipr "Apollon"unda çıxış edən Donald Gerye Bakı təmsilçisini Azərbaycan Premyer Liqasının qalibi olması münasibəti ilə təbrik edib.
Newsport.az-ın məlumatına görə, haitili oyunçu özünün “İnstaqram” hesabında bununla bağlı paylaşım edib. Gerye, paylaşımında “Neftçi”ni təbrik edib, komandanın çempionluğa layiq olduğunu bildirib.
Gerye Azərbaycanda “Qarabağ” və “Neftçi”də çıxış edib. O, 2017-ci ilin yayından 2019-cu ilin avqustuna və 2020-ci ilin iyulundan 2021-ci ilin fevralında qədər “Qarabağ”da, 2019-cu ilin avqustundan 2020-ci ilin yayına qədər “Neftçi”də oynayıb.