“Qalatasaray” 6 futbolçu ilə yollarını ayırdı

“Qalatasaray” heyətində dəyişikliklər etməyə başlayıb.

Newsport.az-ın məlumatına görə, İstanbul təmsilçisi artıq 6 futbolçu ilə yollarını ayırıb.

Müqaviləsi yenilənməyən oyunçular arasında Martin Linnes, Şener Özbayraklı, Əmrə Taşdemir var. Həmçinin icarədə olan Oqenekaro Etebo, Marselo Sarakki və Gedson Fernandes müqavilə ilə məxsus olduqları klublara qayıdıblar.

Superliqa klubu Arda Turan və Əmrə Akbaba ilə yeni sözləşmə imzalamağı planlaşdırır. Lakin rəhbərlik Ömər Bayram, Rayan Donk, Halil Dərvişoğlu və Henri Onyekuru ilə bağlı hələ qərar verməyib.

"Qalatasaray" 2020-21 mövsümünü 2-ci pillədə başa vurub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right