Ardıcıl 4-cü dəfə Rumıniya çempionu oldular

Futbol üzrə Rumıniya çempionatında 2020/21 mövsümünün qalibi müəyyənləşib.
 
Newsport.az xəbər verir ki, “ÇFR Kluj” vaxtından öncə çempionluğu təmin edib.
 
Sözügedən komanda hazırda 51 xalla vahid liderdir. “Styaua” 45 xalla ikinci pillədə qərarlaşsa da, bu komandanın klujluları qabaqlamaq şansı qalmayıb.
 
Beləliklə, “ÇFR Kluj” ardıcıl 4-cü çempionluğunu rəsmiləşdirib. Bütövlükdə isə bu komanda 7 dəfə Rumıniya çempionu olub. Rekord isə 26 dəfə ölkə çempionu olmuş “Styaua”ya məxsusdur.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right