"Mançester Yunayted"də 2020-2021 mövsümünün ən yaxşı futbolçusu açıqlanıb.
Newsport.az-ın məlumatına görə, azarkeşlər arasında keçirilən sorğunun nəticəsinə əsasən Bruno Fernandeş 1-ci olub.
Portuqaliyalı yarımmüdafiəçi səslərin 63 faizini toplayıb. Luk Şou 2-ci, Edinson Kavani 3-cü olub.
Qeyd edək ki, Bruno Fernandeş ötən mövsüm də bu ada layiq görülmüşdü.