Futbolçunun atası "Roma"nın bazasına hücum etdi

Ötən gün "Roma"nın bazasının yerləşdiyi ərazidə - Triqoriada qalmaqallı hadisə baş verib.

Newsport.az-ın məlumatına görə, yerli vaxtla saat 19:30-da "Cenoa"nın "Sassuolo"dan icarəyə götürdüyü Canluka Skamakkanın atası Emiliano "Roma"nın bazasına daxil olub. O, ətrafdakı maşınlara hücum edib. Nəticədə klubun baş direktoru Tiaqo Pinto, İtaliya millisinin baş məşqçi köməkçisi Attilio Lombardo və direktor Morgan de Sanktisin əmlakına zərər dəyib.

Həmçinin "Roma"nın akademiyasının yaxınlıqda məşq keçən gənc futbolçuları hadisə yerindən təxliyyə edilib. Sonda Skamakkinin "Sassuolo" forması geyinmiş atası polislər tərəfindən həbs edilib.

22 yaşlı hücumçu isə atasının niyə belə bir hərəkət etdiyini bilmir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right