“Legiya”nın baş məşqçisi Çeslav Mixneviç “Qarabağ”ın hücumçusu Mahir Emrelinin klubuna mümkün transferi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Newsport.az-ın məlumatına görə, 51 yaşlı mütəxəssis bununla bağlı suala cavabında deyib:
“Gəlin, gözləyək. Transferlərlə bağlı bilmirsən necə olacaq. Mən heç vaxt müqavilə bağlamayana qədər futbolçunun adını açıqlamıram. Hər şey ola bilər. Ümumən isə biz güclənmək istəyirik. O cümlədən hücum xəttində”.
Xatırladaq ki, M.Emrelinin bu mövsümün sonu “Qarabağ”la müqaviləsi başa çatır. Futbolçunun agenti Tural Əsgərov “Legiya” ilə danışıqlar apardıqlarını təsdiqləyib.