Bekker tarixi qolunu mərhum atasına həsr etdi

Ötən gün İngiltərə Premyer Liqasının 36-cı turunda “Vest Bromviç”lə oyunun (2:1) son saniyələrində başla qələbə qolunu vuran “Liverpul”un qapıçısı Alisson Bekker bununla bağlı danışıb.

Newsport.az xəbər verir ki, braziliyalı qolkiper BBC-yə açıqlamasında tarixi qolunu 3 ay əvvəl faciəvi şəkildə vəfat edən atasına həsr etdiyini deyib:

“Son aylarda çox duyğular yaşadım. Mənim və ailəmin başına gələn hər şey ... Ancaq futbol mənim həyatımdır. Xatırladığım müddətdə atamla oynadım. Kaş ki belə bir anda burada olaydı. Əminəm ki, indi Tanrının yanındadır və qolumu qeyd edir. Komandaya kömək etdiyim üçün çox şadam. Birlikdə mübarizə aparırıq və dəqiq bir hədəfimiz var - Çempionlar Liqasına yüksəlmək. İndiki qədər xoşbəxt ola bilmərəm.

Qola gəldikdə isə özümə yaxşı bir yer seçməyə çalışırdım. Rəqib futbolçulardan heç biri məni tutmadı. Bəxtim gətirdi. Bu, bir qismətdir”.

Xatırladaq ki, Bekker rəsmi oyunlarda qol vuran ilk qapıçı kimi “Liverpul”un tarixinə düşüb. Bundan başqa o, Premyer Liqada başla qol vuran ilk qapıçı olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right