"Real"ın baş məşçqisi Zinəddin Zidan "Atletik"lə matçdan sonra (1:0) futbolçularına bu yay klubdan ayrılacağını deməsi ilə bağlı yayılan məlumatlara münasibət bildirib.
Newsport.az "Mundo Deportivo"ya istinadən xəbər verir ki, 49 yaşlı mütəxəssis həmin məlumatları təkzib edib: "Mövsümün bu mərhələsində komandamdan ayrıldığımı futbolçularıma necə deyə bilərdim? Bu xəbərlər yalandır. Biz yalnız mövsümün sonunu fikirləşirik. Bundan başqa bir şey yoxdur".