"Beşiktaş"ın prezidenti Ahmet Nur Çelebi baş məşqçilər Sergen Yalçınla yeni müqavilə imzalayıb-imzalamayacaqları ilə bağlı sualları cavablandırıb.
Newsport.az xəbər verir, ötən gün Superlianın qalibi olan klubun rəhbəri məsələ ilə bağlı deyib:
"Sergen Yalçınla müqaviləmizin olub-olmamasının çempionluqla əlaqəsi yoxdur. Biz onunla sözləşmə imzalamışdıq. İndi də müddəti başa çatır. Biz baş məşqçimizlə razılaşmaq istəyirik. Bəlkə də məndən bəzi tələblər edəcək. Böyük ehtimalla razılığa gələcəyik".
Qeyd edək ki, "Beşiktaş" "Qalatasaray"la eyni xalı (84 xal) toplasa da, toplar nidbətində 1 fərqi ilə çempion olub.