Bundesliqa klubu baş məşqçisi ilə yolları ayırdı

"Verder" baş məşqçisi Florian Kofeldti istefaya göndərib.

Newsport.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. 39 yaşlı mütəxəssislə müqaviləyə vaxtından əvvəl xitam verilib. "Verder"i Bundelsiqanın son turunda "Borussiya" (Münhenqladbax) ilə matça komandanı 14 il çalışdırmış (1999-2013) Tomas Şaaf çıxaracaq.

Qeyd edək ki, Kofeldti 2017-ci ildən bu komandanı çalışdırırdı. "Verder" onun baş məşqçiliyi altında cari mövsüm 31 xal toplayıb və 16-cı pillədə qərarlaşır.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right