Şimali Koreya millisi DÇ-2022-nin Asiya bölgəsi üzrə seçmə mərhələsindən geri çəkilib.
Newsport.az xəbər verir ki, bu barədə Asiya Futbol Konfederasiyası məlumat yayıb. Şimali Koreyanın belə qərar verməsinə səbəb koronavirus pandemiyasının geniş yayılmasıdır. Daha əvvəl ölkə Tokio-2020-də mübarizə aparmaqdan da imtina edib.
DÇ-2022-nin Asiya bölgəsi üzrə seçmə mərhələsinin 2-ci turu 2019-cu ilin sentyabr ayında başlayıb və ötən ilin mart ayınadək davam etməli idi. Lakin koronavirus pandemiyasına görə əksər oyunların vaxtı bu ilin iyununa dəyişdirilmişdi.
Qeyd edək ki, Şimali Koreya millisi Türkmənistan, Livan və Şri-Lanka ilə eyni qrupda yarışırdı. Aktivində 8 xalı olan komanda lider Türkmənistandan yalnız 1 xal geri qalırdı.