"River Pleyt" "Boka Xuniors"la matçdan əvvəl 15 futbolçusunu itirdi

"River Pleyt" "Boka Xuniors"a qarşı Argentina Liqa Kubokunun 1/4 final matçına itkilərlə çıxacaq.

Newsport.az klubun rəsmi saytına istinadən xəbər verir ki, buna səbəb 15 futbolçunun koronavirus testinin müsbət nəticə verməsidir.

İlk olaraq 10, daha sonra isə 5 futbolçuda infeksiya aşkarlanıb. Həmin şəxslərin adları açıqlanmayıb.

Qeyd edək ki, bu gecə keçiriləcək "Boka Xuniors" - "River Pleyt" matçı Bakı vaxtı ilə 00:30-da başlayacaq.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right