“Qalatasaray”da ilk ayrılıq

Bu ilin yanvarında icarə əsasında “Qalatasaray”a keçən Jedson Fernandeş klubu tərk edib.
 
Newsport.az xəbər verir ki, bu barədə 22 yaşlı yarımmüdafiəçi “instagram” hesabında məlumat yayıb.
 
Jedson “Qalatasaray” forması ilə şəklini paylaşaraq, kluba təşəkkür edib.
 
Müqavilə ilə Portuqaliyanın “Benfika” klubuna məxsus olan Jedsonun “sarı-qırmızılar”la icarə müqaviləsi iyunun sonuna qədər idi.
 
Portuqaliyalı futbolçu “Qalatasaray”la bu mövsüm Super Liqada 17 oyunda 3 məhsuldar ötürmə ilə yadda qalıb.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right