"Yuventus" Hakanın tələbini yerinə yetirməyə hazırdır

"Milan"ın futbolçusu Hakan Çalhanoğlu "Yuventus"a keçməyə yaxındır.

Newsport.az "Calciomercato"ya istinadən xəbər verir ki, Turin təmsilçisi türk yarımmüdafiəçinin istədiyi illik 5 milyon avroluq maaş tələbini yerinə yetirməyə hazırdır. 27 yaşlı oyunçunun qısa müddət ərzində yeni klubu ilə müqavilə imzalayacağı gözlənilir.

Qeyd edək ki, H.Çalhanoğlunun "Milan"la müqaviləsi bu mövsümün sonu başa çatır.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right