Niderland millisizin üzvü Vircil Van Dey bu yay keçiriləcək Avropa çempionatını buraxacaq.
Newsport.az xəbər verir ki, “Liverpul”un müdafiəçisi bunu özü açıqlayıb. Klubun rəsmi saytına danışan futbolçu bərpa prosesinə indi başlamağın riskli olduğunu və buna görə qarşıdan gələn yarışda milli komandaya kömək edə bilməyəcəyini deyib:
“Zədədən sonra uzun bir müddət keçib. Son mərhələdə Avro-2020-də oynamağımı müəyyənləşdirməli idim. Durumumu nəzərə alaraq yarışa getməməyə qərar verdim. Son bərpa prosesini mövsümlərarası dövrdə başlamağım daha düzgündür. Avropa çempionatını buraxacağıma çox məyusam. Amma bunu qəbul etmək lazımdır. Çətin olsa da, doğru qərar verdiyimi düşünürəm”.
Xatırladaq ki, 29 yaşlı futbolçunun ötən ilin oktyabr ayında dizindəki çarpaz bağları qırılıb.