Azərbaycanlı futbolçu Orxan Qurbanlı Moldova çempionatında növbəti matçına çıxıb.
Onun formasını geyindiyi “Dinamo-Avto” ölkə çempionatının XXXI turunda doğma meydanda “Sperantsa” ilə qarşılaşıb.
Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 0:0. Orxan da bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 85-ci dəqiqədə əvəzlənib.
“Dinamo-Avto” bu mövsüm Moldova çempionatında keçirdiyi 31 oyunda 41 xal toplayıb və 10 iştirakçı arasında 5-ci pillədə qərarlaşıb.