Fonseka Mourinyonun təyinatından danışdı

Mövsümün sonunda “Roma”dan ayrılacağı açıqlanan Paulo Fonseka onu əvəzləyəcək Joze Mourinyo ilə bağlı danışıb.

Newsport.az xəbər verir ki, portuqaliyalı mütəxəssis Avroliqanın yarımfinalında ötən gecə "Mançester Yunayted"lə görüşdən sonra keçirilən mətbuat konfransında həmyerlisinin düzgün seçim olduğunu deyib:

“Roma” ilə yollarımızı ayırmağımız düzgün qərardır. Mourinyo yaxşı iş görəcək, buna şübhəm yoxdur. İlk gəldiyim gün necə idimsə, indi də eyniyəm. Burada olacağım son günə qədər komanda üçün ən yaxşısını edəcəyəm”.

Xatırladaq ki, "Roma" mövsümün sonunda Fonseka ilə yolları ayrılacağını bəyan edib. Klub Mourinyo ilə 3 illik müqavilə bağlayıb.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right