"Roma"ya 4 qol vurdu, rekordu təkrarladı

"Mançester Yunayted"in futbolçusu Edinson Kavani avrokuboklarda 25 illik rekordu təkrarlayıb.

Newsport.az xəbər verir ki, uruqvaylı hücumçu Avroliqanın yarımfinal mərhələsinin "Roma" ilə hər iki görüşündə dubl etməklə buna nail olub.

Daha əvvəl 1985/1986 mövsümündə UEFA Kubokunun yarımfinal mərhələlərində "Köln"ün futbolçusu Klaus Allofs  "Real"la oyunlarda dubl edib.

Xatırladaq ki, "Mançester Yunayted" "Roma"nı mübarizədən kənarlaşdıraraq (6:2, 2:3) finala yüksəlib. "Qırmızı şeytanlar" mayın 26-da həlledici oyunda "Vİlyarrel"la qarşılaşacaq.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah