“İstanbula qələbə üçün gedəcəyik” Tuhel

“Çelsi”nin baş məşqçisi Tomas Tuhel Çempionlar Liqasının yaımfinalında “Real”ı geridə qoyub, finala adlamalarından (1:1), (2:0) danışıb.

Newsport.az “Evening Standard”a istinadən xəbər verir ki, o, İstanbulda keçiriləcək həlledici görüşə yalnız qələbə üçün gedəcəklərini deyib:

“Qələbəyə layiq idik. İlk hissə çətin keçdi. “Real” topa çox sahib oldu və bizə problem yaratdı. Təhlükəli əks-hücuma keçdik. Eyni zamanda da yaxşı müdafiə olunduq. İkinci hissədə əla oynadıq və qol vurduq. Lakin daha əvvəl qol şanslarımız olmuşdu. Amma indi tənqid zamanı deyil. Finala çıxmaq heyrətamiz bir uğurdur, komandamı təbrik edirəm. “Real” həmişə təhlükə yarada biləcək bir komandadır. Buna görə də hər zaman ehtiyatlı olmalısan. Final haqqında danışmaq isə hələ tezdir, həmişə zədələr və ya başqa bir problemlər ola bilər. Ümid edirəm ki, bu oyuna tam güclə və yaxşı formada hazırlaşa bilərik. Hələ heç nə bitməyib. Sona qədər mübarizə aparmaq istəyirik. Yəni, İstanbula qələbə üçün gedirik”.

Qeyd edək ki Çempionlar Liqasının finalı mayın 29-u İstanbulda Atatürk Olimpiya Stadionunda keçiriləcək. “Çelsi”nin həlledici görüşdə rəqibi “Mançester Siti”dir.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right