İngiltərədə azarkeşlər stadionlara qayıdır

İngiltərə Premyer Liqasında mövsümün son 2 matçına azarkeşlər buraxılacaq.

Newsport.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.

Açıqlamada 2020/21 mövsümünün son 2 oyununa limitli şəkildə azarkeşlər buraxılacağı bildirilib. Lakin konkret say haqqında heç bir məlumat verilməyib. Qeyd olunub ki, stadiona buraxılacaq şəxslər yalnız ev sahibi komandaların azarkeşləri olacaq. Amma gələn mövsümün əvvəlindən rəqib komandaların da fanatlarının görüşlərdə iştirakına icazə verilməsi planlaşdırılır.

Əlavə edək ki, İngiltərə Premyer Liqasında hazırda "Mançester Siti" 80 xalla liderdir. "Mançester Yunayted" 67 xalla 2-ci, "Lester Siti" isə 63 xalla 3-cüdür.





Xəbər lenti







Neftçi Qarabağ Qəbələ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə
Banner left
Banner right