"Milan"ın əfsanəvi futbolçusu, hazırda Ukrayna millisinin baş məşqçisi olan Andrey Şevçenko 2005-ci ildə Çempionlar Liqasının finalında "Liverpul"a penaltilər seriyasında uduzmalarını (0:3) xatırlayıb.
Newsport.az "Corriere della Sera"ya istinadən xəbər verir ki, 44 yaşlı mütəxəssis İstanbulda keçirilən matç haqqında deyib:
"Bu yara hələ də qanayır. İnsanların bizim coşquya qapıldığımızı deməsi məni narahat edir. Paulo Maldini fasiləz zamanı diqqətli olun deyərək bizə xəbərdarlıq etmişdi. Həmin oyundan sonra ilk aylarda bu matçı düşünüb, gecələr qışqıraraq yuxudan oyanırdım".
Qeyd edək ki, həmin görüşdə "Milan" ilk hissədə 3:0 hesabı ilə qalib gəlmişdi. Lakin "Liverpul" ikinci hissədə geri dönüş edərək 3 qol vurur və hesab bərabərləşir. Bundan sonra "mersisaydlılar" rəqibini penaltilər seriyasında üstələyir.