Çexiya II liqasında XXI turdan təxirə salınmış oyunlar keçirilib.
Azərbaycanlı futbolçu Fərid Nəbiyevin formasını geyindiyi “Viktoriya” (Jijkov) doğma meydanda “Varnsdorf”a qalib gəlib – 1:0.
Fərid bu görüşün iştirakçısı olmayıb. O, sonadək ehtiyatda qalıb.
21 turdan sonra 30 xala malik “Viktoriya” 8-ci pillədə qərarlaşıb.