Çin milli komandasının sabiq futbolçusu Çjan Enuha vəfat edib.
Newsport.az-ın məlumatına görə, keçmiş müdafiəçi 48 yaşında ölüb. Bu barədə Enuhanın ailə üzvləri məlumat veriblər.
Sabiq futbolçunun ölüm səbəbi açıqlanmayıb.
Çjan Çin yığmasında 67 oyunda 6 qol vurub. O, milli komandanın kapitanı olub.