"Roma" baş məşqçisi Paulo Fonsekanı istefaya göndərməyə hazırlaşır.
Newsport.az "Calciomercato"ya istinadən xəbər verir ki, klub rəhbərliyi komandanın Avropa Liqasının yarımfinalında "Mançester Yunayted"lə ilk görüşdə darmadağınla uduzmasından (2:6) sonra belə qərara gəlib. Hətta prezident Dan Fridkin bu gün klubun idarə heyəti ilə görüş təyin edib. İclasda əsas müzakirə mövzusu isə Fonsekanın vəzifəsindən kənarlaşdırılması ilə bağlı olacaq.