Gürcüstan çempionatında 11-ci tura start verilib.
Newsport.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Bəybalayevin çıxış etdiyi "Telavi" bu turda evdə "Lokomotiv"lə qarşılaşıb. Matç 2:2 hesabı ilə başa çatıb.
27 yaşlı yarımmüdafiəçi oyunun 90-cı dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Telavi" hazırda ölkə çempionatında 7 xalla 9-cudur.