Çempion olsalar, bonusdan imtina edəcəklər

İtaliya “İnter”inin futbolçuları koronavirus pandemiyasına görə maliyyə problemləri yaşayan kluba kömək etmək qərarına gəliblər.
 
Newsport.az xəbər verir ki, futbolçular A Seriyasında çempion olacaqları təqdirdə, alacaqları bonuslardan imtina edəcəklər.
 
Bu barədə “Football İtalia” nəşri məlumat yayıb. Xəbərdə, futbolçuların çempionluq mükafatını kluba bağışlayacaqları bildirilib.
 
“İnter” A Seriyasında ən yaxın rəqibi “Atalanta”nı 11 xal qabaqlayaraq, liderdir.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Turan Tovuz Zirə Şamaxı Qəbələ Karvan İmişli
Banner left
Banner right