"Yuventus"un yarımmüdafiəçisi Pol Poqba karyerasını İspaniyada davam etdirəcək.
Newsport.az-ın məlumatına görə, fransız ulduz "Barselona" ilə razılığa gəlib. Kataloniyalılar bu keçid üçün italyan klubuna 80 milyon avro ödəyəcək.
Ancaq transfer gələn ilin qışından tez baş tutmayacaq. Çünki "Barsa"ya qoyulan transfer qadağası davam edir.
Poqba ilə "Mançester Siti" də yaxından maraqlanırdı. Hətta onlar "Yuventus"a 100 milyon avro təklif etmişdilər. Ancaq ulduz futbolçu seçimini "Barselona"nın xeyirinə edib.