Futbol tarixinin ən çox təzminat ödənilən baş məşçqiləri

Goal.com saytı futbol tarixində ən çox təzminat ödənilən baş məşçqilərin siyahısını hazırlayıb.

Newsport.az xəbər verir ki, cədvəldə 12 mütəxəssis yer alıb. Sıralamaya "Bavariya"nın yeni baş məşqçisi Yulian Naqelsmann rəhbərlik edir. Münhen klubu onun hazırkı iş yeri "Leyptsiq"lə müqaviləyə erkən xitam verməsi üçün qarşı tərəfə 25 milyon avro ödəyəcək.

Andre Vilaş-Boaş 2-cidir. "Çelsi" 2011/12 mövsümündə onu "Portu"dan ayırmaq üçün 15 milyon avro xərcləyib.

İlk "3-lüy"ü Brendan Rocers bağlayır. "Lester" üçün Rocersin "Seltik"lə vidalaşması 10.5 milyon avroya başa gəlib.

Futbol tarixində ən çox təzminat ödənilən baş məşçqilər:

1. Yulian Naqelsmann - "Bavariya" "Leyptsiq"ə 25 milyon avro ödəyəcək.

2. Andre Vilaş-Boaş - 2011/12 mövsümündə "Çelsi" "Portu"ya 15 milyon avro ödəyib.

3. Brendan Rocers - 2018/19 mövsümündə "Lester" "Seltik"ə 10.5 milyon avro ödəyib.

4. Ruben Amorim - 2019/20 mövsümündə "Sportinq" "Braqa"ya 10 milyon avro ödəyib.

5. Joze Mourinyo - 2010/11 mövsümündə "Real" onu "İnter"dən ayırmaq üçün 8 milyon avro xərcləyib.

6. Mark Huqs - 2008/09 mövsümündə "Mançester Siti" "Bləkbern"ə 6.2 milyon avro ödəyib.

7. Brendan Rocers - 2012/13 mövsümündə bu dəfə "Liverpul" onun üçün "Svons Siti"yə 6.2 milyon avro ödəyib.

8. Joze Mourinyo - 2004/05 mövsümündə 58 yaşlı mütəxəssis üçün növbəti dəfə xərc çəkən "Çelsi" olub. London təmsilçisi "Portu"ya 6 milyon avro ödəyib.

9. Manuel Pelleqrini - 2009/10 mövsümündə "Real" "Vilyarreal"a 4 milyon avro ödəyib.

10. Karlo Ançelotti - 2013/14 mövsümündə Mourinyonu istefaya göndərən "Real" PSJ-yə onun üçün 3.8 milyon avro ödəyib.

11. Serxio Konseysau - 2017/18 mövsümündə "Portu" bu çalışdırıcını baş məşqçi vəzifəsinə gətirmək üçün "Nant"a 3 milyon avro ödəyib.

12. Loenardo Jardim - 2014/15 mövsümündə "Monako" mütəxəssisin "Sportinq"dən transferinə görə 3 milyon avrodan olub.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right