Prezident meydançaya girdi, penaltini ləğv etdirdi

Küveyt liqasının "Əl-Salmiyə" - "Əl-Qüdsiyyə" matçında qalmaqal baş verib.

Newsport.az xarici KİV-lərə istinadən xəbər verir ki, oyunun 101-ci dəqiqəsində hakim ev sahiblərinin qapısına penalti təyin edib. "Əl-Salmiyə"nin prezidenti Talal Əl-Fərhad Əl-Sabah isə bu qərara əsəbiləşib. O, tribunadan aşağı enərək, meydançaya daxil olub. Prezident stadionun işıqlarını da söndürdüb. Bundan sonra görüşün VAR hakimi penalti epizodunu yenidən izləyib və qərarı dəyişdirib. Nəticədə penalti ləğv olunub.

Qeyd edək ki, matç 0:0 hesablı heç-heçə ilə yekunlaşıb.

 
 




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right