Əliyev oynadı, komandası uduzu

Rusiya Premyer Liqasında 27-ci turun oyunları keçirilib.
 

Newsport.az-ın məlumatına görə, azərbaycanlı yarımmüdafiəçi Azər Əliyevin çıxış etdiyi “Tambov” doğma meydanda Moskva “Lokomotiv”i ilə qarşılaşıb. “Tambov” bu oyundan məğlubiyyətlə ayrılıb - 2:5.

Azər də bu görüşün iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və 70-ci dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 45+2-ci dəqiqədə Əliyev vurub.
 
“Tambov” bu mövsüm Rusiya Premyer Liqasında keçirdiyi 27 oyunda cəmi 13 xal toplaya bilib və 16 kollektiv arasında sonuncu pillədə qərarlaşıb.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right