"Mançester Siti" 17 yaşlı futbolçunu transfer etdi

"Mançester Siti" Braziliyanın “Fluminense” klubunun oyunçusu Kayki da Silvanı transfer edib.

Newsport.az-ın məlumatına görə, “şəhərlilər” 17 yaşlı futbolçunun keçidi üçün bonuslarla birgə 15 milyon funt-sterlinq təzminat ödəyib. Gənc futbolçu Braziliyada mövsüm bitdikdən sonra Mançester klubuna qoşulacaq.

Braziliyalı sağ cinah vingeri "Fluminense" yetirməsidir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right