Kolumbiya millisinin və "Monako"nun "qol silahı" Radamel Falkao haqqında gəzən söz-söhbətə son qoyub.Newsoprt.Az xəbər verir ki, təcrübəli forvard "Real"a transferinin yalan olduğunu deyib.
O, mətbuatda onunla bağlı yazılan xəbərləri oxumadığını bildirib: "Real"a transfer olunmamışam. Hazırda "Monako"nun şərəfini qoruyuram. Bu komandada özümü xoşbəxt hiss edirəm. Növbəti mövsümü də fransız klubunda keçirəcəm".
2013-cü ildə "Atletiko"dan "Monako"ya keçən Falkao keçirdiyi 17 oyunda 9 qola imza atıb.