Çex Respublikasının 2-ci divizionunda 19-cü turun oyunları keçirilir.
Newsport.az-ın məlumatına görə, Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya Jijkov” evdə “Usti-nad-Labem"lə qarşılaşıb və 1:0 hesabı ilə qalib gəlib.
Fərid start heyətdə meydana çıxıb. O, 5-ci dəqiqədə komandasını yeganə qolunun ötürməsini verib və 61-ci dəqiqədə əvəzlənib.
“Viktoriya” 26 xalla 7-ci pillədə qərarlaşıb.