MLS-də ilk tur gözəl qolla başladı

ABŞ-ın Baş Futbol Liqasının (MLS) ilk turunda "Sietl Saunders" və "Minnesota Yunayted" komandaları arasında keçirilmiş oyun zamanı gözəl qol vurulub.

Newsport.az-ın məlumatına görə, 49-cu dəqiqədə Joao Paulo müdafiəçilərdən dönən topu ustalıqla qəbul edərək, havadaca uzaq məsafədən zərbə ilə "Minnesota"nın qapısından keçirib. Braziliyalı yarımmüdafiəçinin bu qolu ilə hesab açılıb. Görüş "Sietl Saunders"in böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.

Joao Paulo daha əvvəl Braziliya "Botafoqo"sunda çıxış edib. O, "Sietl Saunders"ə 2020-ci ilin yanvarında 2,27 milyon avroya keçib. Braziliyalı oyunçunun əvəzinə hazırda "Neftçi"də çıxış edən Keysuke Honda alınıb.

https://twitter.com/i/status/1383255037032361990





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah