“Qarabağ”ın sabiq hücumçusu Çin klubundan ayrıldı

“Qarabağ”ın sabiq hücumçusu Dino Ndlovu Çinin “Çjetszyan Qrintaun" klubundan ayrılıb.
 
Newsport.az xəbər verir ki, bu barədə cənubi afrikalı hücumçu ölkəsinin mətbuatına açıqlamasında deyib.
 
31 yaşlı futbolçu müddəti iyunun sonunadək olan müqaviləyə xitam verildiyini bildirib: “Daha Çinə qayıtmayacağam. Artıq azad futbolçu statusu daşıyıram. Növbəti addımlar barədə agentim mənə məlumat verəcək”.
 
Qeyd edək ki, Dino Ndlovu 2016-cı ilin avqustundan 2018-ci ilin dekabrınadək "Qarabağ"da çıxış edib.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right