Bu gün futbol üzrə UEFA Çempionlar Liqasında sonuncu yarımfinalçılar bəlli olacaq.
Newsport.az xəbər verir ki, 1/4 final mərhələsinin cavab oyunları çərçivəsində daha iki görüş baş tutacaq.
“Liverpul səfərdə 1:3 hesabıyla uduzduğu “Real”ı bu dəfə doğma meydanda qəbul edəcək. İngiltərə çempionu mərhələ adlamaq üçün rəqibi üzərində inamlı qələbə qazanmağa borcludur.
Dortmund “Borussiya”sı da Almaniyada “Mançester Siti” ilə üz-üzə gələcək. İngiltərə Premyer Liqasının liderinə bu görüşdə mərhələ adlamaq üçün heç-heçə də bəs edəcək.
Xatırladaq ki, ilk oyun günündən sonra PSJ (Fransa) və “Çelsi” (İngiltərə) yarımfinala vəsiqəni təmin edib.
UEFA Çempionlar Liqası
1/4 finalın cavab oyunları
14 aprel
23:00. “Liverpul” (İngiltərə) – “Real” (İspaniya) (1:3)
23:00. “Borussiya” (Dortmund, Almanya) – “Mançester Siti” (İngiltərə) (1:2).