Pirlo özünə 6 xal verdi

Məşqçi kimi ilk mövsümünü keçirən “Yuventus”un çalışdırıcısı Andrea Pirlo öz fəaliyyətini qiymətləndirib.

Newsport.az xəbər verir ki, 41 yaşlı mütəxəssis İtaliya mətbuatına açıqlamasında özünə 10 xallıq sistemlə 6 xal verib:

“Bütün məşqçilər hər gün sübut edəcəkləri bir şey olduğunu hiss etməlidirlər. Məşqçi kimi ilk mövsümümü keçirməyimə baxmayaraq, bu, mənim üçün də keçərlidir. Futbol mənim uşaqlıqdan xəyalım idi. İnkişaf etmək üçün çox çalışmağa davam edəcəyəm. Mövsüm ərzindəki fəaliyyətimə 10 xallıq sistemlə dəyərləndirsəm, 6 xal verərdim. Bilirəm ki, daha çox şey etməliyəm. Heç bir uğurlu nəticə olmayanda ilk məsuliyyət daşıyan şəxs məşqçidir. Futboldakı fikrim meydanda üstünlük təşkil etmək və rəqibə təzyiq göstərməkdir. Bir neçə səbəbdən bunu tam olaraq həyata keçirə bilmədik, amma komanda həqiqətən bunu istəyir. Çalışmağa davam edəcəyik”.

Qeyd edək ki,  “Yuventus” hazırda A seriyasının turnir cədvəlində 62 xalla 3-cüdür. Komanda ikinci yerdə olan “Milan”dan 1, lider “İnter”dən isə 12 xal geri qalır.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah