Oyuna 7 nəfərlə çıxdılar, 57 dəqiqə qol buraxmadılar

Koronavirus pandemiyasının geniş yayılması Kolumbiya çempionatına da təsirsiz ötüşməyib.

Newsport.az xəbər verir ki,  Apertura Liqasında “Rionecro Aquilas” – “Boyako Çiko” matçında ev sahibləri meydana 7 nəfər futbolçu ilə çıxmaq məcburiyyətində qalıb. Buna komandanın oyunçuları arasında zədəlilərin və koronavirusa yoluxanların çox olması səbəb olub. Klub Kolumbiya Futbol Federaisyasından görüşün təxirə salınmasını xahiş etsə də, rədd cavabı alıb. Nəticədə “Rionerco Aquiles” qarşılaşmaya  cəmi 7 oyunçu ilə başlayıb. Buna baxmayaraq, onlar ilk 57 dəqiqədə qol buraxmayıblar.

Maraqlıdır ki, ehtiyat qapıçı da meydan oyunçusu kimi matçda iştirak edib.

Görüşün ilk hissəsində hesab açılmasa da, qonaqlar ikinci hissədə 3 qol vurub (57, 68 və 77-ci dəq.). 79-cu dəqiqədə isə “Rionecro Aquilas”ın 1 futbolçusu zədələnib. Komanda 6 oyunçu ilə qalıb və qaydalara görə matça davam edə bilməyiblər. Beləliklə, qonaqlar avtomatik qələbə qazanıblar.

Qeyd edək ki, “Rionecro Aquilas” turnir cədvəlində 14 xalla 17-cidir. “Boyaka Çiko” isə 18 xalla 13-cü yerə yüksəlib.





Xəbər lenti







Keşlə Qarabağ Qəbələ Sumqayıt Neftçi Səbail Zirə Sabah