"Mançester Siti"nin baş məşqçisi Pep Qvardiola Çempionlar Liqasının 1/4 finalında "Borussiya" ilə oyun öncəsi Dortmund klubunun transfer siyasətini şərh edib.
Newsport.az "The Times"a istinadən xəbər verir ki, o, Almaniya təmsilçisinin gənc futbolçulara çox pul xərclədiyini deyib:
"Mançesterdə "Borussiya"nı tanıyan bir adam varsa, o da mənəm. Bu klubun mədəniyyətini, necə oynadıqlarını bilirəm. Komandada lazımi səviyyədə bacarıqlara sahib olmayan bir oyunçu yoxdur.
"Borussiya" gənc futbolçulara çox pul xərcləyir və bu onları klublara dəvət etmək üçün agentlərə böyük miqdarda pul verir".
Qeyd edək ki, "Mançester Siti" sabah "Borussiya"nı qəbul edəcək. Görüş Bakı vaxtı ilə saat 23:00-da başlayacaq.