“Yuventus”un və “Qalatasaray”ın sabiq futbolçusu Felipo Melo Kriştiano Ronaldonun ünvanına yönələn tənqidlərə sərt münasibət bildirib.
Newsport.az “tuttomercatoweb” saytına istinadən yazır ki, braziliyalı oyunçu deyib: “Ronaldonu necə tənqid etmək olar? O və Messi menim həyatımda gördüyüm ən yaxşı futbolçulardlr. O, təkcə “Yuventus”un yox, dünya futbolunun çempionu, simvolu və əfsanəsidir.
Ronaldo tarixdir və heç kim buna şübhə etməməlidir. A seriyası sevinməlidir ki, orada belə bir futbolçu var. Ronaldonu tənqid edənlər isə ağızlarını təmizləməlidirlər”.