Milan "İnter"inin sabiq futbolçusu Freddi Quarin həbs olunub.
Newsport.az "BluRadio Colombia"ya istinadən xəbər verir ki, buna səbəb 34 yaşlı yarımmüdafiəçinin qohumlarına hücum etməsidir.
Hadisə ötən gün səhər saatlarında baş verib. Polis tərəfindən əlləri qanlı vəziyyətdə saxlanılan kolubiyalı oyunçu hazırda Quarin Enviqado şəhər xəstəxanasında nəzarət altındadır.
Qeyd edək ki, Kolumbiya yığmasında 58 oyun keçirmiş Quarin hazırda ölkəsində "Milyonarios" klubunda çıxış edir.