"Yuventus"un futbolçusu Kriştiano Ronaldo sabiq klubu "Real"a qayıtmayacaq.
Newsport.az xəbər verir ki, bu barədə "Cuartro" məlumat yayıb. "Kral klubu"nun 36 yaşlı hücumçunu transfer etmək planının olmadığı bildirilib. Madrid təmsilçisinin hazırda əsas hədəfi Dortmund "Borussiya"sından Erling Haalandı və PSJ-dən Kilian Mbappeni almaqdır.
Daha əvvəl isə "Real"ın Ronaldonun keçidini həll etmək üçün ondan maaş güzəştinə getməsini istədiyi barədə xəbərlər yayılmışdı.
Qeyd edək ki, Ronaldo "Real"dan "Yuventus"a 2018-ci ilin yayında keçib.