"Latsio"nun gənclərdən ibarət komandasının futbolçusu Daniel Qerini qəza nəticəsində dünyasını dəyişib.
Newsport.az "Football İtalia"ya istinadən xəbər verir ki, hadisə Roma şəhərində baş verib. Qəza zamanı maşında 19 yaşlı yarımmüdafiəçi ilə yanaşı, onun 2 dostu da olub. Oyunçu hadisə nəticəsində dünyasını dəyişib, digər 2 şəxs isə ağır vəziyyətdə xəstəxanaya çatdırılıb.
Qeyd edək ki, Qerini bazar günü 19 yaşını qeyd etmişdi. O, İtaliyanın U-15 millisində 9, U-16 millisində isə 4 oyun keçirib.