Portuqaliya millisinin kapitanı Kriştiano Ronaldo DÇ-2022-nin seçmə mərhələsində Azərbaycanla oyunda (1:0) rekorda imza atıb.
Newsport.az "Time24 news"a istinadən xəbər verir ki, o, Portuqaliya millisində ən uzunmüddətli karyeraya malik futbolçu olub. 35 yaşlı hücumçu debütündən 6426 gün sonra Azərbaycana qarşı (1:0) oynayıb. Bu, Ronaldonun yığmadakı 171-ci görüşü olub. Onun 2003-cü il avqustun 20-dəki ilk yığma matçından 17 il 7 ay 2 gün keçib.
Beləliklə, Kriştiano bu göstəricidə Vitor Damasın rekordunu (ilk və son oyunları arasında 6305 gün, yəni 17 il 3 ay 5 gün) yeniləyib.