"Yunayted" De Xeanın əvəzləyicisini tapdı

"Mançester Yunayted" bu yay yolları ayırmağa hazırlaşdığı qapıçısı David De Xeanın əvəzləyicisini tapıb.

Newsport.az L'Equipe" nəşrinə istinadən xəbər verir ki, İngiltərə təmsilçisi ispan qolkiperi "Tottenhem"in qapıçısı Huqo Llorislə əvəzləməyə hazırlaşır. “Qırmızı şeytanlar” fransız qolkiperin uzun müddət İngiltərə çempionatında oynaması və lazımi təcrübəyə sahib olmasını üstünlük hesab edir.

Qeyd edək ki, Llorisin "Tottenhem"lə müqaviləsi 2022-ci ilin iyunu başa çatır.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right