“Milan”ın istədiyi futbolçu ilə yeni müqavilə

Portuqaliyanın “Portu” klubu futbolçusu Otavio ilə yeni müqavilə imzalayıb.
 
Newsport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. 26 yaşlı yarımmüdafiəçi ilə müddəti 2025-ci ilin yayına qədər olan sözləşmə imzalanıb.
 
Otavio 2014-cü ildən “Portu”da çıxış edir. Braziliyalı futbolçu Portuqaliya klubunda 177 oyuna çıxıb, 19 qol və 45 məhsuldar ötürmə ilə yadda qalıb.
 
Otavionun adı “Milan”la hallanırdı. Yarımmüdafiəçinin mövsümün sonunda azad agent kimi A Seriyası klubuna keçəcəyi iddia olunurdu.




Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right