"Tottenhem"in baş məşqçisi Joze Mourinyo komandasındakı psixoloji durumdan danışıb.
Newsport.az "The Guardian"a istinadən xəbər verir ki, 57 yaşlı mütəxəssis "Aston Villa" ilə matçdan sonra (2:0) açıqlamasında deyib:
"Bu qələbə keçən həftə "Dinamo"ya uduzduqları üçün utanan komandanın qalibiyyətidir. Əgər belə şeylər səni maraqlandırmırsa, buna əhəmiyyət vermirsənsə, kişiyə məxsus xarakter göstərmirsən. Utanmaq oyunçuların, kişilərin duyğusal reaksiyasıdır. Mən bundan məmnunam".
Qeyd edək ki, "Tottenhem" Avropa Liqasının 1/8 finalında Zaqreb "Dinamo"suna uduzaraq (0:3, 2:0), mübarizəni dayandırıb.