"Yuventus"dan gözlənilməz məğlubiyyət

"Yuventus" İtaliya A seriyasında növbəti oyununa çıxıb.

Newsport.az xəbər verir ki, Turin klubu 28-ci turda evdə "Benevento"nu qəbul edib. Turnir cədvəlinin aşağı pillələrində qərarlaşan qonaqlar gözlənilmədən səfərdə qalib gəlib - 1:0. Yeganə qolu 69-cu dəqiqədə Adolfo Qayç vurub.


Bu nəticədən sonra "Yuventus" 55 xalla 3-cü, "Benevento" 29 xalla 16-cı pillədə qərarlaşıb. Turnir cədvəlinə 65 xalla "İnter" başçılıq edir.





Xəbər lenti







Neftçi Qarabağ Sumqayıt Kəpəz Sabah Araz-Naxçıvan Səbail Turan Tovuz Zirə Şamaxı
Banner left
Banner right